FHN işçisi deputatın adamını döydü – Foto
Partiyamızın Qazax şöbəsinin sədri Musayev İlham Səməndər oğlu 25 iyul, gecə 00:30 radələrində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Musayev Sədi Mail oğlu tərəfindən zorakılığa məruz qalıb. Hadisə nəticəsində İlham Musayev başından ağır zədə alıb, çoxlu qan itirib”.
Reportyor.info xəbər verir ki, bu sözləri deputat Razi Nurullayevin sədri olduğu yeni AXCP-nin mətbuat katibi Vüsa Qarayev “facebook”da yazıb. Onun sözlərinə görə, Musayev Sədi yanında bir neçə nəfərlə Musayev İlhama yaxınlaşaraq öncə onu hədələyib, sonra gözlənilmədən başına zərbə endirib.
“Hadisə polisin gözü önündə baş verib. Zərərçəkəni xəstəxanaya məhz polis əməkdaşları aparıblar. İlkin gərəkli tibbi yardımdan sonra zərərçəkənin polis idarəsinə aparılaraq izahatı alınıb. Hadisəni törədən FHN-nin əməkdaşı Musayev Sədi isə polisə tabe olmayaraq öz avtomobili ilə hadisə yerini tərk edib.
İlham Musayev çox vətənpərvər, cəsur, mərd, mübariz, daim haqqın yanında olan, ədalətli insandır. Hər zaman yaşadığı ərazidə baş verən çatışmazlıqları, məmur özbaşınalıqlarını, vətəndaşların qayğılarını ictimailəşdirib. Görünür bu kimlərisə narahat edir”, – deyə V.Qarayev qeyd edib.
O, inanır ki, bu utancverici hadisə aidiyatı qurumlar tərəfindən operativ və obyektiv araşdırılacaq, haqq yerini tapacaq, günahkar layiqli cəzasını alacaq:
“Bir məmurun törətdiyi bu rəzillik birlik-bərabərliyə özəlliklə ehtiyacımız olduğu bu günlərdə tutduğu vəzifəyə, o vəzifəni etibar edən dövlətə, vicdanla xidmət etməyə borclu olduğu vətəndaşa xəyanətdir.
Belə hadisələr, belə özbaşınalıqlar, belə məmur zorbalıqları vətəndaşı hökumətdən, dövlətdən incik salmağa, daxili sabitliyi, birlik-bərabərliyi pozmağa xidmət edir. Buna yol vermək olmaz…”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...