Dostu Vidadini küçənin ortasında tapança ilə güllələyib öldürdü, səbəbini isə “xatırlamır”...
İstanbulun Eyyubsultan rayonunda geyim atelyesində işçi kimi işləyən Azərbaycan vətəndaşı, 28 yaşlı Əli Əkbər N. onunla birlikdə işləyən 31 yaşlı dostu, digər Azərbaycan vətəndaşı Vidadi S.-i küçənin ortasında tapança ilə güllələyərək öldürüb...
Türkiyə KİV-ləri xəbər verir ki, hadisə martın 26-da yerli vaxtla 22.30 radələrində baş verib.
Rami Cuma məhəlləsi, Sedat Bora keçəsində baş vermiş hadisə zamanı Əli Əkbər N. yanında olan Vidadi S.-ə belindəki tapança ilə atəş açıb. Güllə yaraları alan Vidadi yerə yıxılıb və bu zaman onu güllələyən şəxs qaçaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin silah səsini eşidən polis əməkdaşı onun arxasınca qaçıb və tezliklə yaxalanıb.
Əli Əkbər N. aparıldığı polis məntəqəsində dindirmə zamanı Vidadi ilə bir yerdə işlədiklərini, həmin gecə birlikdə içki içdiklərini və daha sonra dalaşdıqlarını deyib. Bildirdiyinə görə, Vidadi onun dodağını partladıb və cavab olaraq belindəki silahını çəkərək atəş açıb. Lakin o, cinayətə səbəb olan davanın səbəbi haqda danışmayıb, “xatırlamıram” deyib. Məhkəməyə çıxarılan Əli Əkbər N. barəsində həbs qətimkan tədbiri seçildikdən sonra təcridxanaya göndərilib. (virtualaz.org)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?