SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Abşeronda arvadını öldürən şəxs tutuldu

Abşeronda arvadını öldürən şəxs tutuldu

Tarix:

30-04-2020, 11:25

/ 930 dəfə oxundu.
Abşeronda arvadını öldürən şəxs tutuldu

Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov açıqlamasında bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Şərhlər

XƏBƏR LENTİ