SOYĞUNÇULUQ EDƏN ŞƏXSLƏR AXTARILIR
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Şabran rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər axtarılır.
Həmin şəxslərin əlamətləri belədir: hər ikisinin boyu təxminən 175-180 sm, arıq bədən quruluşlu, qısa qara saçlı və az saqqallı olublar. Hadisəni törədərkən əyinlərində cins şalvar və tünd rəngli üst geyimi olub. Lakin zərərçəkmişin üzünü aydın gördüyü soyğunçunun sol qulağında sırğa və sağ gözü ətrafında çapıq olub.
Zərərçəkənin ifadəsi əsasında soyğunçulardan birinin fotorobotu hazırlanıb.
Onları tanıyan və görənlər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şabran RPŞ-nə və ya şəhər telefonlarından 023-353-23-05 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?