Qubalıları bezdirən şəxslər saxlanıldı
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq, soyğunçuluq və dələduzluq əməlləri törədərək vətəndaşlara maddi ziyan vuran şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Kamran Heydərov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə məlum olub ki, K.Heydərov cari ilin dekabr ayının əvvəlində rayonun Barlı kəndi ərazisində Əvəz Məmmədova məxsus “QAZ 53” markalı yük avtomobilinin ehtiyat hissəsini oğurlayaraq Xaçmaz rayonu ərazisində metal qəbulu məntəqəsinə satıb.
Quba RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində taksi sürücüsünün etibarından istifadə edərək ona məxsus mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirən şəxs də saxlanılıb. Araşdırmalarla onun Xaçmaz rayon sakini Firdovsi Hacıqayıbov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs sürücüyə qarşı soyğunçuluq etdiyini etiraf edərək, əldə etdiyi mobil telefonu Bakı şəhərində satdığının bildirib.
Həmçinin keçirilmiş tədbirlərlə vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini Tural Quluzadə də saxlanılıb. Məlum olub ki, T.Quluzadə elan saytlarında qiyməti 1000 manatdan artıq olan mobil telefonu dəyərindən daha ucuz qiymətə – 700 manata satılması barədə elan yerləşdirib. Daha sonra isə ona zəng edən alıcı ilə satış qiyməti barədə razılığa gələn T.Quluzadə, alıcıdan telefonu almaq üçün beh göndərməsini tələb edərək ona bank hesab nömrəsi tədqim etmiş, alıcı tərəfindən beh göndərildikdən sonra isə T.Quluzadə zərərçəkmişin telefon zənglərinə cavab verməyərək onunla əlaqəni kəsib.
Saxlanılan hər üç şəxs məsuliyyətə cəlb olunublar. Onların başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...