SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » 13 yaşlı uşaq özündən 2 yaş böyük yeniyetməni bıçaqladı - Şəmkirdə

13 yaşlı uşaq özündən 2 yaş böyük yeniyetməni bıçaqladı - Şəmkirdə

Tarix:

13-11-2019, 15:35

/ 923 dəfə oxundu.
13 yaşlı uşaq özündən 2 yaş böyük yeniyetməni bıçaqladı - Şəmkirdə

Şəmkir rayonunda 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Hadisə noyabrın 12-də saat 20:30 radələrində rayonun İsrafil Məmmədov küçəsində baş verib.

Belə ki, Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü T.Nağıyev şəxsi münasibətlər zəminində həmyerlisi, 2006-cı il təvəllüdlü E.Yusifov tərəfindən bıçaqlanıb.

Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağrı zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Şərhlər

XƏBƏR LENTİ