Bakıda idman klubuna silahlı basqın - 15 yaralı var
Bakıda peşəkar döyüşçü Əli Nəcəfinin “Najafi Fight Team” klubuna silahlı basqın olub. Nəcəfinin özünün AllFight.ru saytına verdiyi açıqlamaya görə, hadisə nəticəsində 15 nəfər, o cümlədən azyaşlı uşaqlar xəsarət alıb.
“Cümə günü idi, martın 17-si. Məşqin lap sonunda, təxminən saat 21:40-da zalıma bıçaq və beşbarmaqla silahlanmış adamlar daxil oldular. Həmin vaxt zalda 15-ə yaxın adam var idi və bunlardan 4 nəfəri uşaq idi. Hücum edənlər ağına-bozuna baxmadan hamını döyməyə başladılar. Beşbarmaqla vurur, bıçaqla kəsirdilər. Əlbəttə, biz müdafiə olunurduq. Amma bu, sağlamlıq qrupudur, peşəkar idmançılar deyil və hətta döyüşçülər də deyildilər. Uşaqlar, iş adamları və məmurlar toplaşmışdı. Əllərimizdən başqa özümüzü müdafiə edəcək heç nəyimiz yox idi”, - məşqçi deyir.
Əli Nəcəfinin sölərinə görə, hücum edənlər klubun üzvlərini yaralayıblar.
“Mənim qaşımın üstü partlayıb, tikiş qoyulub. O birinin almacıq sümüyü sınıb, daha birinin çənə sümüyü. Demək olar ki, hamımızda bıçaq yarası var, bir nəfərin qolu ciddi kəsilib. Böyüklərdən dörd nəfər xəstəxanaya yatırılıb. Mənəvi zərbəni hələ demirəm. Araşdırmaq lazımdır ki, bu adamları kim tərəfindən və hansı məqsədlə göndərmişdi”, - Əli Nəcəfi açıqlayıb.
“Sonradan öyrəndik ki, bunlar “TT Fight Club” idman klubunun adamlarıdır. 17 nəfər olublar. Hazırda bunlardan 5 nəfəri tutulub. Qorxuram ki, cəzasız qalalar. Mənim heç vaxt kriminalla işim olmayıb, vicdanla yaşamışam”, - məşqçi əlavə edib.
O deyib ki. hadisənin üstündən 5 gün keçsə də, hələlik bütün cinayətkarlar tutulmayıb: “Güman edirəm ki, yaxşı əlaqələri var. Buna görə də, KİV-ə müraciət etdim ki, günahkarlar cəzasız qalmasınlar”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...