Azərbaycanda DƏHŞƏT - Ana özünü körpəsini parçalayan itin qarşısına atdı
Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib.
Sputnik.az-a istinadla xəbər veririk ki, özlərinə məxsus həyətdə paltar yuyarkən qonşudan gələn it onun azyaşlı uşağına hücum edib.
Körpəsini qorumaq üçün iti qovmaq istəyən ananın özü də heyvanın hücumuna məruz qalıb. Köməksiz vəziyyətdə olsa da, Lalə Məmmədova iti həyətdən qova bilib. Ancaq, itin hücumu zamanı ana və onun körpəsi xəsarət alıb. Köpək ananın qollarını və ayaqlarını dişləyib. Körpə isə üz nahiyəsindən yaralanıb.
Ana və körpəsi dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksinləniblər.
Onların vəziyyəti kafi qiymətləndirilir. Lalə Məmmədova və körpəsi evə buraxılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...