Bakıda ər başqa kişi ilə gecələyən arvadını öldürdü
Ailənin 8-10 yaşında iki qız övladı var
Bakıda başqa kişi ilə görüşdüyü üçün qətlə yetirilən qadının görüntüləri yayılıb.
Turkustan.info-ya istinadən xəbər veririk ki, Salyan rayon sakini Anar Yusifov həyat yoldaşı Kifayət Yusifovanın telefonunda başqa kişi ilə olan fotolarını tapıb. Bundan sonra onu boğaraq öldürüb.
Anar Yusifovun sözlərinə görə, arvadı telefonun kodunu ona vermək istəməyib və evdən qaçıb. Bir gün onu axtaran ər sonradan qadını evə qayıtmağa razı sala bilib. Həyat yoldaşından görüşdüyünü, kişinin evində gecələdiyini soruşanda isə Kifayət ona “Mən azad qadınam nə istəsəm edərəm” deyə cavab verib. Bundan sonra Anar onu boğaraq öldürüb və Salyandakı qohumlarına zəng edərək Kifayətin qəfil öldüyünü deyib. Onlar meyiti birgə rayona apararaq qəbristanlıqda dəfn ediblər.
Xatırladaq ki, hadisə ötən ilin mayında baş verib.
Qeyd edək ki, ailənin 8-10 yaşında iki qız övladı var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...