XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Həyətində gizlətdiyi silahlar aşkarlandı - Foto

Həyətində gizlətdiyi silahlar aşkarlandı - Foto

Həyətində gizlətdiyi silahlar aşkarlandı - Foto
28-03-2019, 12:06

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə əməliyyat-axtarış tədbiri keçirilib.

DİN-dən verilən məlumata görə, RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Möhüc kənd sakini Hüseynağa İsbatova məxsus fərdi yaşayış evinin həyətində gizlədilmiş bir ədəd “Skat” markalı tapança, bir ədəd xəncər, bir ədəd təklüləli ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürüblər.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
Həyətində gizlətdiyi silahlar aşkarlandı - Foto
Həyətində gizlətdiyi silahlar aşkarlandı - Foto

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.