XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » İki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

İki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

İki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
28-03-2019, 11:59

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, martın 27-də günorta saatlarında Gəncə şəhər sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək qonşuları Elvira Hüseynovanı və Eldar Əliyevi digər qonşusu Amil Hüseynov bıçaqla vurub qaçdığını bildirib.
İlkin araşdırma zamanı məlum olub ki, 1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Amil Hüseynov ailə münaqişəsi zamanı qohumu, 1991-ci il təvəllüdlü Şəmkir rayon sakini Hüseynova Elviranı bıçaq zərbələri ilə vuraraq ona döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarətini yetirdikdən sonra köməyə gələn qonşusu 1958-ci il təvəllüdlü Gəncə şəhər sakini Eldar Əliyevi bıçaqla vuraraq döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A. Hüseynov şəhər ərazisində gizləndiyi yarım tikilidə tutularaq maddi sübutla birlikdə istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.