Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölü və yaralı var
Bakı-Sumqayıt yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Şosenin Masazır dairəsindəki körpünün üstündə sərnişin daşıyan mikroavtobus dəmir məhəccərə çırpılıb. Nəticədə ölən və xəsarət alanların olduğu bildirilir.
Məlumata görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun törətdiyi qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
Yolda avtomobillərin sıxlığı yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.
Hadisə şahidlərinin göndərdiyi bakipost.az-a videonu təqdim edirik.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır