XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Siyəzəndə qadın sürücü avtomobilini aşırdı: Bacısı öldü

Siyəzəndə qadın sürücü avtomobilini aşırdı: Bacısı öldü

Siyəzəndə qadın sürücü avtomobilini aşırdı: Bacısı öldü
16-07-2018, 14:43

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə iyulun 14-də Siyəzən şəhəri ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini Sevda Kərimova "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün bacısı Zəhra Xələfova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.