Şirvanda 18 yaşlı oğlan itkin düşüb
Şirvanda 18 yaşlı oğlan 2 gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.
2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlu iyulun 14-də 14.30 radələrində velosipedlə evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun sonuncu dəfə 4-cü sinif şagirdi olan qardaşı ilə mübahisə etdiyi bildirlir.
Boyu təxminən 172 santimetr olan Orxan Nağıyev evdən çıxarkən əynində cins şalvar, boz idman köynəyi və başında idman papağı olub.
O. Nağıyev Şirvan Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub. Onu görən şəxslərdən Şirvan şəhər Polis Şöbəsinin 02121 5 14 50, 055 (050) 671 09 99 telefon nömrələrinə və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat vermələri xahiş olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?