SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » “AAAF”da bədbəxt hadisə - Fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü

“AAAF”da bədbəxt hadisə - Fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü

Tarix:

18-05-2018, 17:37

/ 977 dəfə oxundu.
“AAAF”da bədbəxt hadisə - Fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü

Dünən AAAF Park yaşayış kompleksində bədbəxt hadisə baş verib. Şirkətin işçisi Yusifov Arif İsrafil oğlu səhər saat 11 radələrində 12-ci mərtəbədən yıxılaraq həyatını itirib.

Məsələylə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin mətbuat katibi Kənan Məstəliyev hadisəni təsdiqləyərək mərhumun 1 ildən çoxdur ki, rəsmi işçi kimi çalışdığını bilirib:

“Akif Yusifov artıq bir ildir ki, fəhlə kimi işləyirdi. Bütün təhlükəsizlik tədbirləri görülsə də, bədbəxt hadisə baş verib. Tikinti zamanı işçilərin başında kaskası, əynində xüsusi geyimi olub. Ancaq tikintidə bu kimi bədbəxt hadisələr baş verir. Üzülürük, ancaq əlimizdən ailənin yanında olmaqdan başqa bir şey gəlmir. Biz heç vaxt işçilərimizin ailəsini pis vəziyyətdə saxlamırıq.

Mərhumun yas xərcləri şirkət tərəfindən ödənilib. Bundan sonra da nə lazım olsa, etməyə hazırıq”.

Şərhlər

XƏBƏR LENTİ