XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Abid Şərifovun ailəsində faciə

Abid Şərifovun ailəsində faciə

Abid Şərifovun ailəsində faciə
4-05-2018, 15:38

Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.

BakuPost-a istinadən xəbər veririk ki, A. Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi "Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.

Nəticədə Z. Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər 2 sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.