“Mənimlə yekə-yekə danışdı, mən də onu deşik-deşik etdim”
Xəzər rayonunda 25 yaşlı gənc həmyerlisi tərəfindən bıçaqlanıb.
Türkan qəsəbəsi, Xanlar küçəsi 1 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Mirzəli Əskər oğlu Mirzəyev bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib.
Gənc oğlan cərrahiyə əməliyyatı olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin dindirmələr zamanı məlum olub ki, M.Mirzəyev qəsəbə sakini Şəhran Quliyev tərəfindən bıçaqlanıb. Saxlanılan şəxs dindirilən zaman M.Mirzəyevi bıçaqlamağından danışıb:
“Mirzəlini çoxdan tanıyıram, mənimlə yekə-yekə danışdı, dedim ki, həddini bil. Amma o, məni saymadı. Mən də onu deşik-deşik elədim”.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb və Şəhran Quliyev şübhəli şəxs qismində saxanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?