SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Oğurluq edən şəxslər saxlanılıb - Xaçmazda

Oğurluq edən şəxslər saxlanılıb - Xaçmazda

Tarix:

22-02-2018, 12:49

/ 1 439 dəfə oxundu.
Oğurluq edən şəxslər saxlanılıb - Xaçmazda

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, fevralın 2-də Xaçmaz rayon Xudat şəhər sakini Ruslan Müzəffərov RPŞ-yə ərizə ilə müraciət edərək Qaraqurtlu kəndində Rusiya Federasiyasında yaşayan qohumuna məxsus evdən 1000 manat dəyərində “Samsung” markalı televizorun oğurlanmasını bildirib.
Müraciətlə əlaqədar əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törədənləri qısa zamanda müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə kənd sakinləri, əvvəllər məhkum olunmuş İsmət Xanbabayev və Nicat Qarayev saxlanılıblar. Onlar evə qanunsuz daxil olduqlarını və törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Nizam Həmidov
polis leytenantı

Şərhlər

XƏBƏR LENTİ