XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Bakıda piyada yol qəzasının qurbanı oldu

Bakıda piyada yol qəzasının qurbanı oldu

Bakıda piyada yol qəzasının qurbanı oldu
21-02-2018, 12:56

Bakı şəhərində yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də saat 17:00 radələrində paytaxtın Xətai rayonu ərazisində Bakı şəhər sakini Mayil Məsimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Tarıqulu Orucovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.