Azərbaycanda unikal qaçaqmalçılıq
Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılmasına cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər veririk ki Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.
Lakin gömrük əməkdaşları xüsusi skaner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alıb eyniləşdirmə apararkən, sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi aşkara çıxıb.
İlkin araşdırma zamanı Qətər vətəndaşı izahat verərək, ov etmək üçün Salyan rayonuna gəldiyini və Azərbaycanda olduğu vaxt həmin şahin quşunu bir nəfərin ona hədiyyə etdiyini bildirib.
Lakin əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Şəhər Heyvanat Parkına göndərilən sorğu məktubuna cavabda məlumat verilib ki, saxlanılan şahin quşu - qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növüdür və "Qırmızı Kitab”a daxildir.
Faktla bağlı araşdırma davam edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?