Xızıda silahlı insidemt - Həbs olunan VAR
Yanvarın 9-da Xızı rayonunun Giləzi qəsəbə sakini Rasim Cəbiyevin ayaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yanvarın 6-da Giləzi qəsəbəsində qəsəbə sakini Azər Rəhimovun münaqişə zəminində tapançadan açdığı atəşlə R.Cəbiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə A.Rəhimov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, xaricdə istehsal olunmuş tapança götürülüb.
Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?