SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Abşeronda xəstəxanada doğuş zamanı faciə

Abşeronda xəstəxanada doğuş zamanı faciə

Tarix:

20-11-2017, 09:21

/ 1 828 dəfə oxundu.
Abşeronda xəstəxanada doğuş zamanı faciə

Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb.

Hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.

"Report"un çəkiliş qrupu hadisənin baş verdiyi xəstəxanada olub. Lakin xəstəxananın növbətçi həkimi sullara cavab vermək əvəzinə, qapını bağlayaraq, çəkiliş qrupunu uzaqlaşdırmağa çalışıb.

Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ