Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində qayınata Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.
“Qafqazinfo”nun məlumatına görə, qətlin təfərrüatı barədə Modern.az-a qonşular məlumat verib.
Bildirilib ki, qayınatanın gəlinini öldürmə səbəbi müavinət kartını mənimsəmək istəyi olub.
Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Adıgözəl Məmmədov gəlinini birgə yaşadıqları evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb.
“Gəlinindən müavinət kartını almaq üçün iyunun 1-i - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qaynatası onun arxasınca gələrək liftdə bıçaqlayıb”.
Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar: “Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Adıgözəl Məmmədovun 60 yaşı var, öldürdüyü gəlini Gülüzar Məmmədovanın isə 31 yaşı olub. Mərhum Gülüzar Məmmədovanın iki övladı var.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub