Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
Lənkəran rayonunda baş verən avtomobil qəzasında ər-arvad xəsarət alıb.
Hadisə Ələt-Astara-Iran İslam Respublikası Dövlət Sərhədi yolunun 161-ci km-də - Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar.
Yaralılar deformasiyaya uğrayan avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadası vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
İlkin tibbi yardım göstərildikdən sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub