Ağsuda iki evdə yanğın oldu
Ağsuda iki evdə yanğın baş verib.
Ötən gün axşam saatlarında Ağsu rayonunun Daşdəmirbəyli kəndində 1959-cu il təvəllüdlü Rauf Zeyvər oğlu Cəbrayılova məxsus fərdi yaşayış evində yanğın olub.
Yanğın yerinə Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 144 k/m olan yaşayış evinin çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Bundan əlavə növbəti yanğın hadisəsi isə gecə saatlarında Ağsu şəhər N.Tağızada küçəsində, 1961-ci il təvəllüdlü Durasan İsmayıl oğlu Qasımova məxsus fərdi yaşayış evində baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 100 kv.m olan yaşayış evinin 100 kv.m çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub