Buzovnada maşın piyadanı vuraraq öldürüb

Bakıda maşın piyadanı vururaq öldürüb.
Hadisə ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qeyd edilib ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd yanaşması ilə bağlı olub.
Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur.
Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
"Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir",- məlumatda qeyd edilib. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır