“TikTok”da yarış təşkil edən Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verilib
“TikTok”da yarış təşkil edən Azər Zahid və köməkçisi Rövşən Təhməzov barəsində qərar qəbul edilib.
Hər iki şəxslə bağlı cinayət işinə xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.
Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır