XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Xırdalanda 33 yaşlı kişinin meyiti tapıldı

Xırdalanda 33 yaşlı kişinin meyiti tapıldı

Xırdalanda 33 yaşlı kişinin meyiti tapıldı
6-01-2026, 10:17

Xırdalanda mənzildən meyit tapılıb.

Şəhərin Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz evdən 1993-cü il təvəllüdlü Turan İlham oğlu Xəlillinin meyiti tapılıb.

Belə ki, ondan xəbər ala bilməyən yaxınları evə gəliblər və dünən saat 21 radələrində yaşadığı evin yataq otağında Turanı ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.