“Qumar kralı”nın adamının şirkəti bağlandı - Yenilənib
Elektron pul təşkilatı - “Paysis” MMC-nin fəaliyyəti dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, şirkət və onun rəhbəri internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllərdə ittiham olunur.
Bu səbəbdən də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
“Artıq cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənə qədər AMB “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsi rəhbər tutaraq, “Paysis”ə lisenziya çərçivəsində göstərilən ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verib”, - məlumatda vurğulanıb.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Paysis”in direktoru “qumar kralı” kimi tanınan Yusif Baqiyevin adamı Samir Nasibovdur. S.Nasibov da hazırda həbsdədir. O, Şəkili Yusiflə birgə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qumarxana təşkil etmə cinayətlərində ittiham olunur. Dəstə üzvlərinin cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır