SON DƏQİQƏ: DİN Astarada əməliyyat keçirdi - saxlanılanlar var
Astarada 62 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar.
Saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır