Müəllimi atalarının yasında öldürən qardaşı - Ağır cəza aldı
Zaqatalada müəllim olan bacısını güllələyərək öldürən qardaşa hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Natavan Əhmədovanı qətlə yetirən 36 yaşlı Nurlan Əsgərov Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, hadisə ötən ilin mayında onların atasının il mərasimində baş verib. Nurlan qəfil silah götürərək bacısını boğaz nahiyəsindən güllələyib. Xəstəxanaya çatdırılan qadının vəfat etdiyi məlum olub.
Nurlan ibtidai istintaqa ifadəsində bacısını qısqanclıq zəminində öldürdüyünü iddia edib. Lakin Natavanın telefonunun araşdırılması, həmçinin digər ifadə və sübutlar bu iddianı təkzib edib. O da məlum olub ki, Nurlan 2021-ci ildən narkotik istifadəçisidir və bu maddələrin dövriyyəsi ilə bağlı məhkum edilib.
Natavan Əhmədovanın həyat yoldaşı isə qaynı Nurlanın həbsdə olarkən hörmət qazanması və pis rəftar görməməsi üçün qısqanclıqla bağlı yalan ifadə verdiyini deyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlana 17 il 10 ay həbs cəzası verilib.
Xatırladaq ki, N. Əhmədova rayonun Yuxarı Tala kənd 2 nömrəli məktəbində müəllim işləyirmiş.

XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var