Bakıda ağır qəza - Ölən və yaralananlar var
Ötən gecə aeroport şossesində üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
Hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Piyada 1963-cü il təvəllüdlü Nəsibov Emin Əziz oğlu şossedə əks tərəfə keçmək istəyərkən onu “Range Rover” markalı avtomobil vurub.
Eyni istiqamətdə olan “Fiat” markalı nəqliyyat vasitəsi “Range Rover” markalı maşına çırpılıb. Qəza nəticəsində “Fiat” markalı maşında olan sərnişin 26 yaşlı Hacızadə Asim Natiq oğlu avtomobildən çıxaraq yola düşüb. Zərbənin təsirindən o, ölüb.
Qəza nəticəsində avtomobillərdə olan sərnişinlər Seymur Sultanov, Tamella Sultanova, Günay Yusifova və İlkin Novruzlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, qəza nəticəsində ağır xəsarət alan piyada E.Nəsibovun vəziyyəti ağırdır.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var