Bakıda məşhur mağazadan ətir oğurlayan bacılara hökm oxundu
Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Olivia Beauty Care" adlı mağazadan oğurluq edən bacılar saxlanılıb.
Mağazadan oğurluq törətməkdə itiham edilən 1965-ci il təvəllüdlü, ali təhsilli N.J. və 1968-ci il təvəllüdlü, ali təhsilli G.J. bacıları barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi açılıb, işə məhkəmədə baxılıb.
Məlum olub ki, N.J. və G.J. bacıları bu ilin mart ayının 7-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə özlərinə kasmetik əşyalar almaq üçün "Olivia Beauty care" adlı mağazaya daxil olublar. Həmin gün sözügedən mağazada müştərilərin çox olmasından istifadə edərək, vitrindən müxtəlif markalara məxsus ümumi dəyəri 1455 manat 40 qəpik ətirlər oğurlayıblar. Hadisənin üstü isə 24 mart 2024-cü ildə açılıb.
Bacılar məhkəmədə təqsirsiz olduqlarını bildirərək, barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Məhkəmənin qərarı ilə hər iki bacıya ayrı-ayrılıqda 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Onlar Bakı şəhərinin hüdudlarını tərk etməmək şərti ilə cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var