Bina çökdü, ev sahibi uçqunda qaldı

Bu gün səhər saatlarında Bakıda uçqun baş verib.
Bu barədə Konkret.az-a Yasamal rayonu Abdulla Şaiq küçəsi, dalan 10 ünvanında yaşayan sakinlər məlumat veriblər.
Məlumata görə, iki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə səbəb olub.
Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Həmçinin əraziyə qaz və elektrik enerjisi verilişi dayandırılıb.
Vətəndaşlar bildirir ki, artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və ev sahibi uçqun altından çıxarılıb.
Sakinlər onu da qeyd edirlər ki, sözügedən ərazi söküntü zonasıdır və hətta uzun illər öncə bununla bağlı müvafiq sənədləri toplayıb aidiyyəti qurumlara təqdim ediblər. XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var