Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - Qərar
“Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin məhkəmə işi 10 il sonra başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2014-cü ildə istintaqı dayandırılan apellyasiya şikayəti üzrə yekun qərar çıxarılıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda ağır xəstəliyə yoluxduğu üçün mühakimə edilməsi mümkün olmayan Etibar Əliyevin yazılı ərizəsi elan edilib. O, ərizəsində şikayətindən imtina etdiyini bildirib.
Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi tərəflərin hüquqlarını tanıyıb.
Qərara əsasən, apellyasiya tələblərindən imtina edildiyindən şikayətlərə baxılmasına xitam verilib.
Bununla da E.Əliyevin 1 il sınaq müddəti seçilməklə 9 il şərti məhkum edilməsi ilə bağlı hökm qanuni qüvvəyə minib.
Qeyd edək ki, Etibar Əliyev 2014-cü ildə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ayrıca mühakimə edilən Etibar Əliyevə 9 il şərti azadlıqdan məhrumetmə cəzası verilib.
Həmin vaxt tərəflər hökmdən apellyasiya şikayəti versə də, E.Əliyev ağır xəstəliyə yoluxduğu üçün məhkəmə istintaqı baş tutmayıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var