Vətəndaş oğlunun əsassız səbəblərlə həbs edildiyini bildirir - ŞİKAYƏT
Bakı şəhər sakini Vəsilə Əhmədova oğlunun əsassız səbəblərlə həbs edildiyini bildirir.
Saytımıza müraciət edən V.Əhmədova oğlu Əhmədov Ələkbər Əli oğlu törətmədiyi cinayət əməlinə görə həbs olunması barədə müraciət yayıb.
O, iddia edib ki, 19.04.2024-cü il tarixdə saat 19 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon Polis İdarəsinə aparılan oğluna qarşı zorakılıq edilib:
“Oğlum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ittiham edilərək saxlanılıb. Halbuki onun heç bir qanunsuz öməli olmayıb. Oğlumun törətmədiyi cinayət əməlini boynuna alması üçün bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona işgəncə veriblər. Yasamal rayon Polis İdarəsinin polis əməkdaşları Anar, Asim (29-cu polis bölməsinin əməkdaşı), Hüseyn və Etibar adlı şəxslər müxtəlif üsullarla övladıma təzyiqlər ediblər, onu törətmədiyi cinayət əməlini boynuna almağa məcbur ediblər”.
Şikayətçi bildirib ki, oğlu Ələkbər barəsində qərar çıxarılması üçün o, məhkəməyə aparılanda üzərində xəsarətlər olub: “Hakim Rəşad Cavadzadə oğlumdan bu xəsarətləri harada, necə almasını soruğub. O, da baş verənləri olduğu kimi danışıb. Bundan sonra oğlumun döyülməsi ilə prokurorluq tərəfindən araşdırmalara başlanılıb. Lakin oğlumun xəsarətlərinin yüngül olduğu bildirilərək, ona bunu edənlərə cinayət işi açılmayıb. Materiallardan çıxarış Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilib”.
V.Əhmədova övladının indiyədək pis vərdişlərinin olmadığını bildirib və onun barəsində ədalətli qərarın verilməsini xahiş edib.
Qeyd: Vətəndaş Vəsilə Əhmədovanın müraciəti ilə əlaqədar sözügedən qurumlardan münasibət öyrənib mövzuya qayıdacağıq.




Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var