Bakıda intihara cəhd edən 24 yaşlı gənc xilas edildi
Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.
Bir nəfər vətəndaş Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən mənzilində intihara cəhd edib.
Bu barədə vətəndaşın yaxınları Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2000-ci il təvəllüdlü vətəndaş yaşadığı mənzildə intihara cəhd edib.
Xilasedicilərin çevik müdaxiləsi sayəsində xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısı açılmış və özünə müxtəlif bədən xəsarətləri yetirərək intihara cəhd etmiş vətəndaş mənzildə huşsuz vəziyyətdə aşkar olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var