Geniş yayılan maskalanmış depressiya nədir?
İnsanlar arasında halsızlıq, gündəlik özünü enerjisiz hiss etmək halları çoxalmaqdadır. Bəziləri bunu yuxusuzluqla, bəziləri iş yükünün ağırlığı ilə əlaqələndirir.
Bəs əsl səbəb nədir?
Psixoloq Elmir Əkbər bizim.media-ya bildirib ki, insanlar gün boyu özünü yorğun, halsız hiss etdiklərində, səhərlər yuxudan dura bilmədikdə, elə bilirlər ki, bu, normal haldır:
"Əsl həqiqətlər tamamilə fərqlidir. Bunun əsas səbəblərindən biri maskalanmış depressiyadır. Ümumdünyya Səhiyyə Təşkilatından da dəfələrlə bildirilib ki, koronavirus pandemiyasından sonra maskalanmış depressiya geniş yayılıb. Maskalanmış depressiya zamanı insanın qidalanması pozulur, o, yemək sindromundan əziyyət çəkir, bəzən heç dadını hiss eləmədiyi şeyləri belə yeyə bilir.
İkinci əsas səbəb, cinsəl problemlərdir. Bu, xüsusilə kişilər arasında yayılıb, adı isə erektil disfunksiyadır.
Qadınlarda isə bu, vaginizm, frigidlik kimi özünü göstərir. Üçüncüsü isə, yuxu problemidir. Ümumilikdə isə günboyu özünü enerjisiz hiss etmək bütün depressiyaların simptomlarından biridir. Adam da var ki, gecəyarı güclü ürək döyüntüsü və təşvişlə yuxudan oyanır. Sadaladığım halları özündə müşahidə edən şəxslər həkim-psixoterapevtə müraciət etməlidirlər".

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub