“FHN-i tənqid etdiyimə görə klinikamızın Rentgen kabinetini bağlamaq istəyirlər” - BU NƏDİ BELƏ?!
“Dünən (13 noyabr – red.) Fövqəladə Hallar Nazirliyinə (FHN) yönəlik tənqidi paylaşımım onların xoşuna gəlməyib və bu günlərdə bizim klinikanın Rentgen kabinetinin fəaliyyətinə qadağa qoymaq istəyirlər”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, əgər belə bir hal yaşansa, bu qərəzli olacaq:
Çünki biz 3 min 500 manat xərc çəkərək kabineti standartlara uyğunlaşdırmışıq. Dövlət başçısı tez-tez çıxışlarında ictimai nəzarət, vətəndaş tənqidi haqda tövsiyələr verir, biz də bunu əldə əsas tutaraq tənqid edirik. Bizi sıxışdırmaq, bunun əleyhinə çıxmaq deməkdir. Bu isə heç kimə xeyir verməyəcək!”
Qeyd edək ki, A. Əliyev noyabrın 13-də öz sosial şəbəkə hesabında son həftələrdə FHN-in bir çox klinikalarda Rentgen və KT kabinetlərinin fəaliyyətini qaydalara cavab vermədiyini əsas gətirərək dayandırmasını tənqid edib.
“Bunu eşidərkən dahi komediyaçı Çarli Caplinin məşhur qısa metrajlı filmi yadıma düşdü. Çaplin balaca oğlunu təlimatlandırıb qonşuların pəncərə şüşələrini sındırtdırır, sonra da özü şüşə təmirçisi qismində küçəni gəzərək oğlunun sındırdığı pəncərələri təmir edib pul alır. Filmdəki uşaq FHN-dir. Çaplin FHN-ə yaxın olan şirkətdir. Pəncərəsi sındırılan qadın isə klinikalardır”, – o bildirib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub