Məşhur içki sizi qadına oxşada bilər - Kişilərə XƏBƏRDARLIQ
"Kişilər arasında ən məşhur içkilərdən biri olan pivə qadın hormonlarının artmasına kömək edir, bununla da libidoya zərər verir".
Bu barədə rusiyalı qastroenteroloq Yevgeni Belousov xəbərdarlıq edib.
O, pivəni çox içən kişilərin qarınlarının böyüməsinə diqqət çəkib.
Həkimin sözlərinə görə, qarında yığılan piy bədəndə testosteronun səviyyəsini azaldır, eyni zamanda qadın hormonları estrogen səviyyəsinin artmasına təkan verir, bu isə birbaşa kişi libidosuna təsir edir.
Ətraflı
"Həmçinin, estrogenin artması səbəbindən kişilərdə jinekomastiya - süd vəzilərinin böyüməsi inkişaf edir", - deyə Belousov aydınlaşdırıb.
Bundan əlavə, Y.Belousovun sözlərinə görə, pivənin tərkibində qaraciyərə, sinir sisteminə zərərli olan alkoqol və qadın hormonlarının analoqları olan fitoestrogenlər var.
Ekspert kişilərə menyudan soya və onun məhsullarını (soya südü, tofu, soya sousu və yağı) çıxarmağa da çağırış edib. O qeyd edib ki, çoxları bu məhsulları faydalı hesab edir. Bununla belə, soya pivə kimi, kişilərdə testosteron sintezinə mənfi təsir göstərən fitoestrogenləri ehtiva edir.
Sonda Y.Belousov kişilərə dəmir qablarda konservlərdən imtina etməyi də tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu dəmir uzun müddət saxlandıqda və içindəki maye ilə təmasda olduqda zərərli bisfenol maddəsini buraxmağa başlayır. Bu maddə də müntəzəm şəkildə bədənə daxil olanda pivədəki kimi mənfi təsir göstərir. (Oxu.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır