Günəş ləkələrinə qarşı maska – EVDƏ HAZIRLAYIN
Günəş ləkələri bədənimizin günəşə ən çox məruz qaldığı nöqtələrdə yaranır. Bu ləkələr əslində günəşin təhlükəli tərəflərini göstərən ləkələrdir. Mütəxəssislər qışda belə, günəş qoruma kremi olmadan çölə çıxmağı məsləhət görmür. Ancaq çoxumuz bu məsləhətə əməl etmirik. Ona görə də dərimizdə iri-xırda günəş ləkələri yaranır. Yaxşı, bəs bu ləkələr necə keçər?
Sizə günəş ləkələrindən xilas olmanız üçün tbii bir maska resepti veririk. Bu maskanı evdə hazırlayacaqsınız. Həm pulunuz cibinizdə qalacaq, həm də tərkibi təbiidir.
Lazım olan vəsaitlər:
* 2 qaşıq qatıq
* ½ qaşıq karbonat
* ½ qaşıq limon suyu (Təzə sıxılmış)
Maskanın hazırlanması:
Qatığı bir qaba qoyun, üzərinə karbonatı tökün və qarışdırın. Daha sonra üzərinə limon suyunu da əlavə edin. Əvvəlcə maskadan bir azca götürüb ləkənin üzərinə sürtün. Bir neçə dəqiqə gözlədikdən sonra maskanın qalanını da göz ətrafı xaric üzünüzün hər yerinə çəkin. Boyun və sinənizə də tətbiq edə bilərsiniz. 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü masaj edərək durulayın. Bu maskanı həftədə bir dəfə çəkə bilərsiniz.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır