Uşaqlarda mövsümi xəstəliklərin qarşısını almaq üçün nə etmək lazımdır?
Pediatr Dinara Bedretdinova uşaqlarda mövsümi xəstəliklərin qarşısının alınması üçün lazımi tədbirləri sadalayıb.
O, bildirib ki, ilk növbədə uşağın olduğu otaqda hava isti və quru olmamalıdır.
“Təmiz hava nəfəs almağı asanlaşdırır, orqanizmi oksigenləşdirir və havada virusların konsentrasiyasını azaldır. Ağız və burunun selikli qişasının vəziyyətini normal saxlamaq üçün otaqda rütubət 40-60 faiz, havanın temperaturu isə 22-24 dərəcə olmalıdır. İsti otaqda uşaqlar tərləyir, susuzluq baş verir, selikli qişalar quruyur”, - deyə həkim izah edib.
Pediatr vurğulayıb ki, soyuqdəymənin qarşısını almaq üçün uşağa bol maye vermək lazımdır.
Həmçinin, mütəxəssis aktiv həyat tərzi keçirməyi tövsiyə edib.
“Gündəlik gəzintilər, çimmək, düzgün qidalanmaq. Kifayət qədər təzə meyvə, tərəvəz və protein qəbul etmək, “fast food” və zərərli karbohidratları rasioandan çıxarmaq arzuediləndir. Normal yuxu və idman da sağlamlıq üçün vacibdir. Həmçinin, ictimai yerləri ziyarət etdikdən və gəzintidən sonra əllərin və üzün müntəzəm yuyulmasına önəm vermək lazımdır”, - deyə həkim əlavə edib.
Mənbə: moslenta.ru

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır