SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Yağlı saçlardan qurtulun

Yağlı saçlardan qurtulun

Tarix:

30-06-2021, 13:55

/ 2 323 dəfə oxundu.
Yağlı saçlardan qurtulun

Saçların yağlanmasının səbəblərindən biri də qidalardır. Saçlara qulluğun çətin olduğu düşünülsə də, qidaları dəyişmək saç və saç dərinizə təsir edəcək. Axtardığınız təbii gözəllik əslində düzgün qidalanmadan keçir.
Saçın həcmsiz, ağır və çirkli görünməsindən qurtulmaq üçün zərərli qidalardan uzaq durmaq lazımdır. Bəs hansı məhsulları yeməməliyik?
Şirniyyat
Hormonlar, vücudumuzda baş verən bütün prosesləri idarə edir. Şəkər isə bu balansı pozur, iltihab yaradır və qanda şəkər səviyyəsini artıraraq bədənin daha çox yağ istehsal etməsinə səbəb olur.
Qızardılmış yeməklər
Xüsusən yağda qızardılmış yeməklər və "fast-food" bədəninizi həddindən çox yağla yükləyir. Bu da dəridə və saçlarda əlavə yağlanma yaradır.
Süd məhsullar
Süd, kərə yağı və pendir kimi məhsullar maye və qatı yağ kimi həzm olunur. Bu da yağlı saçlara və üzdə sızanaqların yaranmasına səbəb olur.
Duz
Həddindən artıq duz istehlakı şişkinliyə, göz altı torbalara və kəpəyə səbəb olur. Çünki bədən su çatışmazlığı ilə mübarizə aparmaq üçün daha çox yağ istehsal etməyə başlayır. Nəticədə saçlarınız yapışqan və yağlı olur.
Vitamin B və E ilə zəngin qidalar
Saçların güclü və daha tez uzanmasına yardımçı olan bu vitaminlər eyni zamanda bədəndə əlavə yağların istehsalına şərait yaradır.
Sağlam yağlar
Yağlar həm də vücudumuzun düzgün fəaliyyətinin vacib bir hissəsidir. Yalnız doymuş və trans yağlar (marqarin, kərə yağı və heyvan yağları) qəbul etməyə çalışın. Eyni zamanda qoz-fındıq, bitki yağı və bəzi balıq növləri kimi sağlam yağlardan da istifadə edə bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ