Yayda üzə qulluq vasitələrini dəyişin
Üz dərisinə qulluq mövsümə uyğun olaraq dəyişir. Qızda dəri nəmləndirmə, qidalanma tələb etdiyi halda yayda daha fərqli üsullara əl aatılmalıdır.
Xarici KİV-ə istinadən yayda üzünüzə düzgün qulluq vasitəsini təqdim edirii:
Hər zaman istifadə etdiyiniz üz baxım vasitələrini dəyişdirin. Quru dəriniz varsa, qışda nəmləndiricilərdən istifadə etdiniz. Yayda isə nəmləndircinizin daha yüngül olmasına diqqət edin. Yağlı və ağır makiyaj təmizləyicilər yerinə köpük təmizləyici seçin.
Dərinizə kosmetoloq yanında baxım etdirməzdən əvvəl rahatlıq verin. Ağır baxımlar etmək dərini təmbəlləşdirəcək. Yəni, dəri kənardan müdaxilə ilə düzəlməyə öyrəşəndə adi evdəki vasitələr sizə yardım etməyəcək. Yayda kosmetoloq yanına tez-tez getməyin.
Dərnizi günəş şüalarından qoruyun. Bunun üçün ən az 30 faizli SPF kremlər alın. Bu həm dərinizi qocalmadan, həm yanmadan qoruyacaq.
Dərinizin yanmasına imkan verməyin. Günəş altında çox qalmaq dəridə ləkələr əməmlə gətirə bilər.
yayda havaların isti keçməsi bakteriyaların çoxalması deməkdir. Üzünüzü gün sonunda yuyucu vasitələrlə mütləq təmizləyin. Əllərinizi quruladığınız dəsmalla üzünüzü silməyin.
Yeyib-içdiklərinizə fikir verin. Daha çox meyvə və tərəvəz istifadə edin. Ağır, yağlı qidalardan uzaq olun.
Qışda ağır makiyaj vasitələrindən istifadə etsəniz də yayda yüngül vasitələr alın. BB kremlərə üstünlük verin.
Göz ətrafına ayrı qulluq edin. Buna görə daha yüngül nəmləndirici alın. Günəşdən qoruyan vasitələrdən istifadə edin.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır