XalqXəbər.Az

www.XALQXEBER.az » Sağlamlıq » Niyə qadınlar deyil, kişilər keçəlləşir?

Niyə qadınlar deyil, kişilər keçəlləşir?

Niyə qadınlar deyil, kişilər keçəlləşir?
10-05-2017, 22:15

Saç tökülmə, keçəlləşmə əksər kişilər üçün problem olaraq qalır. Son zamanlarda isə kişilər arasında keçəlləşmənin yaşı getdikcə gəncləşməyə başlayıb.

Belə ki, artıq bir çox gənclərdə 25 yaşdan sonra keçəlliyin əlamətləri görünməkdədir. Bu da insanlarda özgüvənin azalmasına, depressiyaya, stressə gətirib çıxara bilir. Bəziləri keçəlliyin ilk vaxtlarında mütəmadi papaq geyinir, bəziləri isə müxtəlif əməliyyatlara, prosedurlara müraciət edir, bununla da görkəmindəki problemi cüzi də olsa, gizlətməyə çalışırlar.

Bəs, saç tökülməsinin əsas səbəbləri hansılardır?

Mütəxəssislər qeyd edir ki, saç tökülməsinin bir çox səbəbləri var. Onlarında bir çoxu stress, normal qidalanmamaqla bağlıdır. Belə ki, stress saç tökülməsini sürətləndirir. Stress, gərginlik, problemlər saç dərisində ağırlıq yaradır, nəticədə saç tökülməyə başlayır. Çünki saç dərisindəki gərilmələr nəticəsində damarlar daralır və qan dövranı pozulur.

Belə olan halda mütəxəssislər saç dərisinin masaj olunmasını tövsiyyə edirlər. Daha sonra isə barmaqları alının üzərinə qoyub yuxarıya doğru, saç diblərini bir neçə dəqiqə ərazində ovmaq lazımdır. Bundan sonra isə barmaqları başının arxasına qoyub, saç dərisini əvvəl yuxarı, sonra isə aşağıya doğru ovmaq lazımdır.

Qidalanmağa gəldikdə isə, mütəxəssislər qeyd edir ki, orqanizmdəki vitamin və mineralların çatışmazlığı da saçların tökülməsinə şərait yaradır. Bununla bağlı saç tökülmələri həm də daha çox irsi də ola bilir.

Niyə qadınlar deyil, kişilər keçəlləşir?

Bu sual çoxlarını düşündürür, niyə keçəllik qadınlarda deyil, məhz kişilərdə baş verir? Qadınlarda da keçəllik, kəskin saç tökülmələri baş verir. Sadəcə kişilərdə keçəllik ilk olaraq gicgah və təpə hissəsində baş verir. Qadınlarda isə saç tökülməsi hansısa hissədən başlamır, ümumi şəkildə seyrəkləşir.

Beləliklə qadınlarda bu vəziyyət ümumi şəkildə bütün saçlarda müşahidə olunduğundan, kişilərdəki kimi ön saç hissəsi seyrəkləşmədiyindən bəzən qadınlarda keçəllik olmadığını düşünürlər. Lakin kişilərlə müqayisədə qadınlar saç tökülməsindən çox böyük narahatlıq keçirir, hətta bu problemi öz yaxınları ilə bölüşməkdən çəkinirlər.

Mütəxəssislər bildirirlər ki, kişilərdə olduğu kimi qadınlarda da saç tökülmələrinin bir çox səbəbləri var. Ümumiyyətlə isə qadınlarda 35-40 yaşlarında 25 %, 40 yaşdan sonra isə 50 % saç tökülmələri müşahidə olunur.

Tökülmələr bir çox hallarda irsi olsa da, əsas səbəblərdən biri saçların tez-tez rənglənməsi, saç yumşaldıcılar və sair ola bilir. Bildirilir ki, bəzi saç modelləri, o cümlədən, saçları möhkəm bağlamaq, hörmək və ya bərk dartaraq arxadan yığmaq çoxlu sayda saç itkisinə gətirib çıxarır. Bunun üçün də saç üzərində stress yaradan saç düzümlərindən uzaq durmaq tövsiyə edilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.