Ramazanda mədə probleminin olmaması üçün bunlara əməl edin
Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır.
Bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edirik:
1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın.
2. Mütləq imsak vaxtı oyanıb qidalanmağa çalışın. Bu zaman süd, qatıq, pendir kimi yüngül qidalardan istifadə olunmalı, tərəvəz və zeytun yağı ilə hazırlanmış yeməklərə üstünlük verilməlidir.
3. İftara pendir, pomidor, zeytun, şorba kimi yüngül yeməklərlə başlamalı, 10-15 dəqiqə sonra az yağlı ət, tərəvəz yeməyi yeyilməlidir.
4. Gündəlik 2-2.5 litr su içməyə çalışmaq lazımdır. Ayran, təzə sıxılmış meyvə suları içməyə diqqət edilməlidir.
5. İftarda həddindən artıq şərbətli, yağlı şirniyyatlar yerinə pudinq, sütlaç kimi yüngül şirnilərə üstünlük verin.
6. Yeməkləri sürətli yeməkdən qaçmalı və həzm problemi yaranmasın deyə çeynəyərək, yavaş-yavaş yeməlisiniz.
7. İftar zamanı böyük boşqab yerinə daha kiçik boşqab götürərək özünüzü daha az yeməyə uyğunlaşdıra bilərsiniz.
8. İftardan sonra televizorun, komputerin qarşısına keçmək əvəzinə gəzməyə üstünlük verilməlidir.
9. Yeməklərin bişirilmə üsullarına da diqqət yetirməkdə fayda var. Qovrulmuş, hisə verilmiş, qızardılmış qidalardan uzaq durmalı, qaynatma, sobada bişirilən yeməklərə üstünlük verilməlidir.
10. Qidalanma sistemindəki dəyişikliklə əlaqədar olaraq qəbizlik yaranmasın deyə tərəvəz, paxlalı bitkiləri seçmək, qoz, fındıq, badam kimi çərəzlərdən istifadə etmək lazımdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır