Bu şəxslər arasında piylənmə artır - Azərbaycanda
"Son 20 ildə ölkədə uşaq və yeniyetmələr arasında çəki artımı, piylənmənin artdığı müşahidə olunur”.
Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova "Uşaqlarda erkən inkişaf " mövzusunda çıxışında deyib.
O bildirib ki, buna birinci səbəb “fastfood” restoranları və qərb mətbəxinin ölkəyə daxil olmasıdır: “İkinci səbəb müasir texnologiyaların həyatımıza girişidir. 2019-cu ildə ilkin dispanser qeydiyyatına 1234 nəfər alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır. Ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub. Tendensiya artmağa doğru gedir”.
A. Zeynalova qeyd edib ki, piylənmə bir çox xəstəliklərə səbəb olur: "Artıq çəkidən əziyyət çəkən insanlarda şəkərli diabetə rast gəlinir. 2020-ci ildə 287 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrindən 1 957 nəfəri 0-17 yaşına qədər uşaqlardır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır