Bir ay çörəkdən imtina etsəniz, nə baş verər?
Etiraf edin ki, ayda ən çox tükətdiyiniz qida çörək, bizdə dəbdə olan ağ undan zavod və təndir çörəyidir.
Sağlamlığının qeydinə qalan insanlar birinci olaraq ağ undan, çörəkdən imtina edir.
Ağ unda, çörəkdə son zamanların problemi olan qlüten də çoxdur. Mayadan hazırlanan çörəklər isə ikiqat zərərlidir. Çünki onlar damar və bağırsaqları tıxayır, göbələk mikroflorasını artırır.
Medicina.az insanın 30 gün ağ çörəkdən imtina etməsi zamanı nələr baş verməsini araşdırıb.
Çörəkdən imtina edən insanın orqanizmində dəyişiklər hər gün baş verir. Lakin ilk başda beyin bir qədər aktivliyini azaldır, çünki nə baş verdiyini bilmir.
1. Artıq çəki, piylər, şlaklar azalır, bədən incəlir
2. Diabet riski azalır - yüksək sort undan hazırlanmış çörək qlikemik indeksi yüksək olan qidadır. Onu çox yedikcə qanda şəkər artır, mədəaltı vəz insulin sintezi pozulur, ürək-damar sistemi yüklənir.
3. Mədə-bağırsağın işi tənzimlənir - bağırsaqların selikli qişası toksindən, kley kimi maddədən təmizlənir, qəbizlik aradan qalxır. qıcqırma olmur. Ağ çörək ən pis həzm olunan qidadır, bağırsaqlardan da gec çıxarılır.
4. Qurdları, bakteriyaları artırır
Çox çörək yedikdə, mədə bağırsağın divarında, nazik bağırsaqda çoxlu selik yapışqanlı mühit yaranır. Burda isə müxtəlif mədə bakteriyası, bağırsaq qurdları aktivləşir.
5. Saçlar, dəri yaxşılaşır
Mayalı ağ çörəkdə olan yapışqanlı maddə və qlüten dərinin məsamələrini örtür, pozur, quruluq yaradır. İnsan tez qocalır. 30 günlük imtinadan sonra dərinin görünüşü yaxşılaşır.
6. Karbohidratlardan asılılıq azalır, aclıq-toxluq hissi normaya düşür
7. Orqanizmin qocalması prosesi ləngiyir, insan gec yorulur, enerjisi bol olur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır