İki meyvə, üç tərəvəzlə ömrünüzü uzadın
Fransada aparılan araşdırmalar zamanı gündə iki meyvə və üç tərəvəz yeməyin ömrü uzatdığı öyrənilib.
Xarici mətbuata istinadən xəbər veririk ki, Harvard Universitetinin qidalanma üzrə mütəxəssisləri 30 il ərzində 100 mindən çox insan üzərində aparılan tədqiqatdan sonra bu qənaətə gəliblər. Sınağın keçirilməsində Şimali və Cənubi Amerika, Avropa, Asiya və Afrika ölkələrinin vətəndaşları iştirak ediblər.
Əldə olunan faktlar zamanı 2 milyon məlumat üst-üstə düşüb və gündəlik iki meyvə, üç tərəvəz yeməyin ölüm riskini azaltdığı ortaya çıxıb. Belə insanlarda ürək-damar sistemi xəstəlikləri yüzdə 12 %-ə qədər azaldığından, yaşama müddəti də artıb.
Tədqiqat zamanı xərçəng riskinin 10 %, tənəffüs yolları problemlərinin isə 35 % azaldığı da müşahidə edilib.
Lakin mütəxəssislər onu da bildirib ki, müəyyən edilən miqdardan artıq meyvə və tərəvəz qəbulu sağlamlığa mənfi təsir edir.
İstehlak edilməsi nəzərdə tutulan qidalar arasında ispanaq, kahı, kələm və C vitamini ilə zəngin olan sitrus meyvələri var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...