SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Göz üçün faydalı qidalar

Göz üçün faydalı qidalar

Tarix:

3-02-2021, 11:39

/ 1 598 dəfə oxundu.
Göz üçün faydalı qidalar

Qış fəsilində gərgin iş rejimi nəticəsində bəzən düzgün qidalanma və idmanla məşğul olma qaydalarına əməl etmirik. Lakin qış fəslinin də özünəməxsus zəngin vitamin tərkibli qidaları mövcuddur. Effektiv pəhriz yeməkləri sağlamlığımızla, yanaşı gözlərimizin də qayğısına qala bilər.

Xarici KİV-ə istinadən, göz sağlamlığı üçün faydalı qidaları təqdim edirik:

1. Yaşıl yarpaqlı tərəvəzlər
İspanaq və kələm kimi göyərtilər gözlərinizdəki qan damarlarını gücləndirir və katarakt meydana gəlməsinin qarşısını alan C vitamini ilə zənginləşdirir. Eyni zamanda qocalmanın da qarşısını alır.

2. Kartof, balqabaq, yerkökü
Kartof, balqabaq, yerkökü və ərik beta-karotenlə zəngindir. Gözlərdə gecə görmə qabiliyyətini artırır.

3. Balıq
Qızılbalıq və alabalıq (qızılbalıqlar növünə yaxın balıq) immunitet sistemini gücləndirir. Onlar hüceyrəni və sinir sistemini qoruyan Omega-3 yağ turşuları mənbəyidir. Omega-3 göz quruluğu kimi problemləri aradan qaldırır və göz təzyiqinin yaranmasının qarşısını alır.

4. Lobya və paxlalı tərəvəzlər
Noxud, lobya, mərci və lobya kimi paxlalılar da göz sağlamlığı üçün faydalıdır. Onların tərkibindəki sink gecə korluğunu azaldır və inkişaf etməsinə mənfi təsir edir. Gözü qoruyan piqmentin istehsalına kömək edir.

5. Yumurta
Yumurta qiymətli vitaminlər və minerallarla zəngindir. Tərkibində göz üçün faydalı sink, D və A vitaminləri var. Gözləri gecə korluğu və quruluqdan qoruyur.

6. Fındıq və çərəzlər
Fındıq, badam, yer fıstığı kimi vasitələr güclü bir antioksidan olan E vitamini ilə zəngindir. Göz quruluğunun qarşısını almaq üçün faydalı hesab olunur.

Şərhlər

XƏBƏR LENTİ